Türkiyədə edam hökmü bərpa olunacaqmı?

Türkiyədə “Demokratiya növbəsi” mitinqləri başa çatır. APA TV-nin məlumatına görə, bu çağırışla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradakı mitinqdə çıxış edib. O, iyulun 15-dən sonra Türkiyə vətəndaşlarının tarix yazdığını bildirib.

 

Türkiyə prezidenti Fətullah Gülənin ərazisində yaşadığı ABŞ-a da səslənib. Rəcəb Tayyib Ərdoğan Vaşinqtonu FETÖ və Türkiyə arasında seçim etməyə çağırıb.

 

Rəcəb Tayyib Ərdoğan “silahsız terror təşkilatı olmaz” deyənlərə cavab verib və bildirib ki, FETÖ dövlətin silahlarını ələ keçirərək, onları xalqa qarşı çevirib.

 

Türkiyə prezidenti əlavə edib ki, edam cəzasının bərpası məsələsi parlamentdə müzakirə olunacaq. “Parlament “hə” desə, prezident olaraq  mən təsdiqləyəcəyəm. Parlament “yox” desə, mənim də edəcəyim bir şey qalmayacaq”.

 

 

Müəllif | Apa.Tv
Apa.tv