Dollar, avro, lirə və lari bahalaşdı, rubl yerində sayır - MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, ABŞ dollarının rəsmi məzənnəsi bahalaşıb. Mərkəzi Bank dolların kursunu 1,6062 manat səviyyəsində müəyyənləşdirib. Avro da manat qarşısında bahalaşıb. Bu gün avronun rəsmi məzənnəsi 1,7938 manat olaraq müəyyənləşib. Rəsmi məzənnəyə əsasən, Rusiya rublunun kursu dəyişməyib, 1000 Rusiya rublu yenə də 24 manat 80 qəpikdir. Türk lirəsi və Gürcüstan larisi isə manat qarşısında möhkəmlənməkdə davam edir. 100 türk lirəsi 54 manat 28 qəpik, 100 gürcü larisi 68 manat 44 qəpikdir.

 

Azərbaycan Mərkəzi Bankı valyutaların məzənnələrini həftə içi hər gün açıqlayır. Bazar ertəsinin valyuta məzənnələri isə Mərkəzi Bankın son iş günündə müəyyənləşir. 

Müəllif | Apa.Tv
Apa.tv