ABŞ-ın ehtiyatları açıqlandı, "Brent" nefti kəskin ucuzlaşdı

Dünya bazarında neft yenidən ucuzlaşmağa başlayıb. APA TV-nin məlumatına görə, son 24 saat ərzində "Brent" markalı neftin maksimum qiyməti 45,29 dollar olub, gecə saatlarından başlayaraq isə birjalarda qiymətlər enməyə başlayıb. Səhər seanslarında "Brent" markalı neftin bir bareli 43,98 dollardan satılıb ki, bu da maksimum sutkalıq göstəricidən 1,31 dollar ucuzdur. Qərbi Texas nefti də ucuzlaşıb. Oktyabr ayı üçün bağlanan müqavilələrdə WTİ neftinin bir bareli üçün 41,60 dollar təklif olunur.

 

Qiymətlərin ucuzlaşmasına ABŞ-ın neft ehtiyatlarının artması xəbəri səbəb olub. ABŞ Energetika İnformasiya İdarəsinin hesabatına əsasən, ölkənin neft ehtiyatlarının həcmi həftə ərzində 1,06 milyon barel artıb. Bu bazarda təklifin artmasına siqnal kimi dəyərləndirildiyindən qiymətlər düşməyə başlayıb. 

Müəllif | Apa.Tv
Apa.tv