"Hyundai" “Mitsibushi” ilə toqquşaraq aşıb, yaralılar var
Bu gün Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi baş verib. APA TV-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın 83-cü kilometrliyində, Siyəzən rayonunun Zarat kəndi ərazisində qeydə alınıb. "10 VB 986" dövlət nömrə nişanlı “Hyundai” markalı avtomaşınla "90 AB 848" dövlət nömrə nişanlı “Mitsibushi” toqquşub. Toqquşma nəticəsində hər iki maşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində “Hyundai”da olan iki sərnişin və “Mitsibushi”də olan bir nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.