FETÖ PKK içində olan casusların siyahısını Kandilə göndərib - XƏYANƏT

FETÖ araşdırması çərçivəsində istintaqa ifadə verən kəşfiyyatçılardan biri Gülən camaatı ilə PKK terror təşkilatı arasında sıx əlaqələrin olduğunu isbatlayan dəlillər açıqlayıb. APA TV-nin məlumatına görə, gizli şahid bildirib ki, 17-25 dekabr araşdırmasından sonra Polis TƏşkilatından qovulan FETÖ üzvləri PKK daxilində olan casusların siyahısını Kandilə göndəriblər. FETÖ-çülər PKK daxilində Türkiyə Silahlı Qüvvələrinə, Daxili İşlər Nazirliyinə, Milli İstihbarat TƏşkilatına, Jandarma Qüvvələri Komandanlığına casusluq edən şəxslərin siyahısını özləri ilə götürərək PKK rəhbərliyinə təqdim ediblər. PKK rəhbərliyi bu siyahılar əsasında Türkiyəyə casusluq edən şəxslərin hamısını qətlə yetirib. Casuslar məhv edildikdən sonra Türkiyə Ordusunun PKK terror təşkilatının hazırladığı terror aktları barədə əvvəlcədən xəbər tutmaq imkanları məhdudlaşıb. Buna qədər ordu və polis həmin casusların verdiyi məlumatlar əsasında böyük şəhərlərdə terror aktı törətməyə hazırlaşan çoxlu sayda "canlı bomba"nı ələ keçirməyi bacarmışdı.

 

Xatırladaq ki, bundan əvvəl FETÖ üzvü olan pilot, mayor İlkay Atəş istintaqa verdiyi ifadədə fətullahçıların PKK terror təşkilatı ilə əlaqəsi olduğunu təsdiqləmişdi. Onun sözlərinə görə, Cənub-Şərqi Anadolu bölgəsində PKK-ya qarşı keçirilən əməliyyatlardan öncə camaatın "bölgə imamı" olan Nevzat adlı şəxs pilotları təlimatlandırırmış. O, PKK-lıları öldürməməyi, yalnız sağlarına, sollarına atəş açmağı tapşırıbmış. 

Müəllif | Apa.Tv
Apa.tv