"Futbol imamı": "Terim Əmrəyə dedi ki, fətullahçılarla əlaqəni kəs!"

FETÖ terror təşkilatının sabiq "futbol imamı" Səid Alpsoy fətullahçı futbolçuların adlarını açıqlayıb. APA TV-nin məlumatına görə, "futbol imamı" bildirib ki, 2002-ci ildə Türkiyə dünya çempionatının bürünc mükafatçısı olduqdan sonra futbolçulara çoxlu pul mükafatı verilib: "Əmrə Bellozoğlu, Okan Buruk, Hakan Şükür, Hakan Ünsal və Arif Erdem onlar verilən mükafatlardan bir miqdar pul topladılar. Təxminən 250 min - 500 min dollar arası pul toplanmışdı. Pulu Pensilvaniyaya Arif Erdem apardı. Fəthullah Gülən sonra Arifin şəninə çoxlu təriflər yağdırdı".

"Futbol imamı" tanınmış futbolçu Əmrə Bellozoğlunun da fəthullahçı olduğunu deyib: "O zaman Fatih Terim Əmrəyə xəbərdarlıq etmişdi ki, fəthullaçılarla əlaqəni kəs. Demişdi ki, onların gələcəyi yoxdur, mən komandada belə şeylərə icazə vermərəm".

 

Səid Alpsoy Fətullah Gülən Camaatının "Fənərbaxça" klubunun da ələ keçirmək niyyətində olduğunu deyib: "Fətullah Gülən öz adamlarından Hacı Kamal Əriməzin "Fənərbaxça" rəhbərliyinə seçilməsini istəyirdi. Sonra nə olduğunu bilmirəm. Bəlkə də İdarə Heyətinə bir adamlarını yerləşdirə biliblər, bunu araşdırmaq lazımdır".

 

Müəllif | Apa.Tv
Apa.tv