Qızmar yay günləri davam edir - HAVA PROQNOZU

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Sinoptiklərin məlumata görə, Bakı və Abşeron yarımadasında şimal küləyi arabir güclənəcək.

 

Havanın temperaturu yarımadada gecə 23-26, gündüz 33-38, Bakıda gecə 24-26, gündüz 36-38 dərəcə olacaq.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir. 

 

Müəllif | Apa.Tv
Apa.tv