Bulvarda Yaponiyadan gətirilmiş nadir ağac əkilib
Bu gün Dənizkənarı Milli Parkda Yaponiyanın ən uzunömürlü və nadir bitkisi olan "Ginka biloba" ağacının əkilməsi mərasimi keçirilib.
APA TV-nin məlumatına görə, mərasim Bakı Avropa Liseyi tərəfindən təşkil olunub.
Mərasimdə liseyin, Dənizkənarı Bulvar İdarəsinin, ADA Universitetinin, təhsil və xarici işlər nazirliklərinin, habelə Yaponiya səfirliyinin nümayəndələri iştirak ediblər. Ağac Azərbaycana Yaponiya tərəfindən hədiyyə olunub. Ağacı Bakı Avropa Liseyinin şagirdləri əkiblər.