Dibçəkdə narkotik bitki yetişdirən Şirvan sakini saxlanılıb
Şirvan şəhərində evdə narkotik tərkibli çətənə kolları yetişdirilməsi faktı aşkarlanıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, Məhəmməd Əsədov küçəsi, 77a ünvanında yaşayan 51 yaşlı Quliyev Əli Əkbər oğlu Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Keçirilən əməliyyat tədbirləri çərçivəsində Əli Quliyevin yaşadığı fərdi yaşayış evinin hovuzunda, dibçəklərdə çətənə kolları yetişdirdiyi məlum olub. Ekspertizanın rəyinə əsasən, müsadirə olunan çətənə kolları yabanı halda deyil, aqrotexniki qaydada qulluq edilməklə yetişdirilib. Faktla bağlı Şirvan şəhər Polis Şöbəsi tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.