Türkiyədə 648 hakim və prokuror həbs olundu

Türkiyədə FETÖ terror təşkilatına üzv olmaqda günahkar bilinən 648 hakim və prokuror haqqında həbs qərarı çıxarılıb. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Hakimlər və Prokurorlar Ali Şurası (HSYK) ötən gün 550 nəfəri  məhkəmə, 98 nəfəri inzibati orqanlarda çalışan 648 hakim və prokurorun haqqında müvəqqəti olaraq vəzifədən uzaqlaşdırma qərarı alıb. Ankara Cümhuriyyət Baş Prokurorluğu müvəqqəti olaraq vəzifədən uzaqlaşdırılan 648 şəxs haqqında həbs qərarı çıxarıb.

 

Vəzifədən uzaqlaşdırılanlar arasında Şəmdinli və Van proseslərini Camaatın yönləndirməsi ilə hazırladığını etiraf edən prokuror Ferhat Sarıkaya yoxdur. Onun haqqında araşdırmanı HSYK Üçüncü Dairəsi aparacaq.

Müəllif | Apa.Tv
Apa.tv