Türkiyədə partiya sədrinin müavini həbs olundu - FETÖ ARAŞDIRMASI

Türkiyədə Böyük Birlik Partiyasının sədr müavini saxlanılıb. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Kaptan Kartal Fətullahçı Terror Təşkilatının (FETÖ) hərbi çevrilişə cəhdindən sonra ölkədə başlayan təmizlik əməliyyatları çərçivəsində Mərsində saxlanılıb. Kartal dindirilmək üçün polis əməkdaşları tərəfindən Mersin Vilayət Polis İdarəsinə aparılıb.

 

Qeyd edək ki, Kaptan Kartal daha öncə Böyük Birlik Partiyasından millət vəkilliyinə  və şəhər bələdiyyə sədri vəzifəsinə namizəd olub. 

Müəllif | Apa.Tv
Apa.tv