Bakıda temperatur 41 dərəcəyə çatacaq - RƏSMİ XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isti hava şəraitinin davam edəcəyi ilə bağlı xəbərdarlıq yayıb. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumatda deyilir ki, Bakı və Abşeron yarımadasında avqustun 15-dək anomal isti hava şəraitinin davam edəcəyi,  maksimal temperaturun 35-39, bəzi günlərdə  41 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında avqustun 15-dək havanın maksimal temperaturu 35-40, Naxçıvan Muxtar Respublikasında və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 43, dağlıq  rayonlarda  29-34 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji xəbərdarlıqda bildirilir ki, yaxın 3 gün ərzində Abşeron yarımadasında gözlənilən güclü isti temperatur, diskomfort şərait əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə çox əlverişsizdir. Bu səbəbdən uzun müddət açıq havada olmaq məsləhət deyil.

 

Müəllif | Apa.Tv
Apa.tv