Hindistanda hərəkətdə olan qatardan 860 min rupi oğurlanıb
Hindistanda hərəkət edən qatardan yüksək məbləğdə pul oğurlanıb. Hadisə Salemdən Çennaiyə yola çıxan qatarda qeydə alınıb. Tamil Nadu əyalətinin Mərkəzi Bankına aid köhnə pulları daşıyan qatarda 15 polis olub. Soyğun faktı qatar yalnız son dayanacağa çatdıqda məlum olub. Bank əməkdaşları pulların olduğu sandıqları açanda 860 min rupi məbləğində pulun oğurlandığını görüblər. Oğurluğun 6-7 nəfər tərəfindən həyat keçirildiyi güman edilir. Vaqonun tavanı 1 adamın keçə biləcəyi şəkildə kəsilib. Polisin məlumatına görə, qatar 359 kilometrlik yolda 12 dayanacaqda dayanıb. Səlahiyyətli nümayəndələr hadisənin 80 kilometrlik Athur-Vridhaçalam qəsəbələri arasında baş verdiyini güman edirlər.