Rio-2016: Azərbaycan boksçusu 1/8 finala yüksəldi
Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir.
APA TV-nin xəbərinə görə, 64 kq çəkidə mübarizə aparan Lorenzo Sotomayor da Olimpiadaya 1/16 finaldan başlayıb. Avropa Oyunlarının qızıl medalçısı debütdə ukraynalı Volodimir Matviçuku mübarizədən kənarlaşdırıb - 3:0. Bu nəticə ilə legioner boksçumuz 1/8 finala yüksəlib.