Rio-2016: Bayraqdarımız 1/4 finala yüksəldi

Azərbaycan yığmasının  bayraqdarı Teymur Məmmədov Rio-2016-da 1/4 finala yüksəlib.

 

APA TV-nin xəbərinə görə, 81 kq çəkidə döyüşən London Olimpiadasının bürünc, Avropa Oyunlarının qızıl medalçısı ikinci matçını keçirib. O, 1/8 finalda hollandiyalı Peter Müllenberq ilə üz-üzə gəlib. Rəqibinə 3:0 hesabı ilə qalib gələn bayraqdarımız 1/4 finala yüksəlib.

 

Müəllif | Apa.Tv