ABŞ-da benzin tükənir, neft kəskin bahalaşır
Dünya bazarında neft kəskin bahalaşıb. APA TV-nin məlumatına görə, ABŞ-da benzin ehtiyatlarının bir həftə ərzində 2,8 milyon barel azalması barədə xəbərlər "Brent" neftinin bahalaşmasına səbəb olub. Hazırda birjalarda bu markadan olan neftin bir bareli 46,60 dollardan satılır. Qərbi Texas nefti də son həftələrin rekordunu yeniləyib. Hərraclarda WTİ markalı neftin bir bareli 44,12 dollardan satılır. Bu, son 24 saatın ən yüksək qiymətindən 2,5 dollar bahadır.
Birjalarda həftənin son hərracları bu gün keçiriləcək. Ekspertlər neftin bu həftəni də yüksək qiymətlərlə başa vuracağını, qiymətlərin yalnız bazar ertəsi keçiriləcək hərraclarda korreksiya olunacağını ehtimal edirlər.