Hakan Şükür və atası axtarışa verildi- FETÖ ARAŞDIRMASI
Türkiyənin sabiq ulduz futbolçusu Hakan Şükür və atası axtarışa verilib. APA TV-nin məlumatına görə, ötən gün Sakarya polisi futbolçunun İstanbuldakı evində axtarış aparıb. Polis futbolçunun atası Sermet Şükürün Adapazarında yaşadığı mənzilə də baxış keçirib.
Polisin verdiyi məlumatda qeyd olunur ki, Hakar Şükür və atası Sermet Şükür barəsində saxlanılma qərarı çıxarılıb və onlar hazırda "qırmızı bülletenlə" axtarılırlar.
Qeyd edək ki, ulduz futbolçu və atası barəsində qərar Fətullahçı Terror Təşkilatının (FETÖ) silahlı çevrilişə cəhdindən sonra ölkədə başlayan təmizlik əməliyyatları çərçivəsində çıxarılıb.