Şamaxıda faciə: gənc ana 5-ci mərtəbədən yıxılaraq öldü
Şamaxıda gənc qadın bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Şamaxı şəhərinin Şirvan küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Şəhər sakini, 1989-cu il təvəllüdlü Abdurrəhmanova Şəhla Elşad qızı yaşadığı evdə pəncərə şüşələrini silib təmizləyərkən ehtiyatsızlıq edib və binanın 5-ci mərtəbəsindən yıxılıb. Hadisə zamanı ağır bədən xəsarətləri alan Şəhla Abdurrəhmanova təcili olaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq bir uşaq anası olan qadının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.