Azərbaycanda ÜNVAN LÖVHƏLƏRİ istehsal edən zavod tikiləcək
APA TV-nin xəbərinə görə, bu barədə məlumatı Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzinin direktoru Ramiz Quliyev verib. Onun sözlərinə görə zavodun tikintisi ilə bağlı hazırlıq işlərinə başlanılıb. R. Quliyev qeyd edib ki, zavodun tikintisi imkan verəcək ki, respublikada lövhələrin maya dəyəri daha az xərclə başa gəlsin və daha keyfiyyətli məhsullar istehsal edilsin.
Mərkəzin direktoru həmçinin bildirib ki, Azərbaycanda ünvan sahəsində də bir sıra işlər görülür.
Ramiz Quliyev, ƏMDK-nın mərkəz direktoru:
- Bu sahədə Bakı şəhərinin 1000-dən artıq küçə və prospektində yeni qaydalara uyğun olaraq işlər yekunlaşıb. Qalan 500 küçə və prospekt üçündə işlər yekunlaşacaq. Sumqayıt şəhərində də ünvan vermə işləri yekunlaşıb.
R. Quliyev bildirib ki, Gəncədə ünvanvermə işlərinə başlanılıb və gələn ilin birinci yarımilində şəhərdə yeni qaydalara əsasən ünvan vermə işləri yekunlşacaq. Müsahib həmçinin qeyd edib ki, Gəncədə 450 küçənin ünvan vermə işi ilə bağlı bütün xarakteristikaları müəyyənləşib.