Avro ucuzlaşır, dollar, rubl, lari və lirə bahalaşır - MƏZƏNNƏ AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı həftənin son valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, manat yenə dollar qarşısında dəyər itirib. Rəsmi məzənnəyə əsasən, bu gün 1 ABŞ dolları 1,6102 manatdır. Avro isə manata nəzərən ucuzlaşıb. Mərkəzi Bank avronun məzənnəsini 1,7936 manat olaraq açıqlayıb. Rusiya rublu, Türkiyə lirəsi və Gürcüstan larisi də manat qarşısında dəyər qazanıb. Rəsmi kursa əsasən 1000 Rusiya rublu 25 manat, 100 türk lirəsi 54 manat 38 qəpik, 100 Gürcüstan larisi 68 manat 78 qəpikdir. 

 

Mərkəzi Bank ABŞ dollarının bazar ertəsinə olan məzənnəsini bu gün axşam saatlarında açıqlayacaq. 

Müəllif | Apa.Tv
Apa.tv