"KamAZ" "MAN"la toqquşdu, sürücü sükan arxasında sıxılmış vəziyyətdə qaldı

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə 04.30 radələrində Bakı-Qazax əsas magistral yolunun 204-cü kilometrliyində, Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən hissəsində baş verib. Tovuz rayon sakini 63 yaşlı Sabir Əsəd oğlu Paşayevin idarə etdiyi "KamAZ" maşını Hacıqabul rayon sakini, 46 yaşlı Zaur Maşallah oğlu  Xankişiyevin yol kənarında saxladığı "MAN" markalı maşına çırpılıb. "KamAZ"ın sürücüsü hadisə yerində dünyasını dəyişib. Sürücünün sıxılmış meyitini hadisə yerinə cəlb olunan  Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Faktla bağlı Baş Dövlət Yol Polisini Təhqiqat və İstintaq Şöbəsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv