Sergey İvanov Rusiya Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib
Sergey İvanov Rusiya Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib. APA TV-nin məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb. Administrasiyaya rəhbər vəzifəsinə uzun müddət Sergey İvanovun müavini işləmiş Anton Vayno təyin edilib. Vaynonun bu posta Sergey İvanovun məsləhəti ilə təyin edilib. Bu faktı hər iki şəxsi qəbul edən Rusiya prezidenti açıqlayıb. Putin bildirib ki, Sergey İvanov işdən öz istəyi ilə gedib: "Mən sizin başqa sahədə işləmək arzunuza hörmətlə yanaşıram və ümidvaram ki, yeni vəzifənizdə işin effektli olması üçün bütün bilik və bacarığınızı sərf edəcəksiniz".
Putin Sergey İvanovu prezidentin təbiətin mühafizəsi, ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndə təyin etdiyini deyib.