Bakının mərkəzində iki yük maşını toqquşdu, KİLOMETRLƏRLƏ TIXAC yarandı
Oktyabrın 21-də gecə saatlarında Bakının mərkəzində iki yük maşını toqquşub. Hadisə paytaxtın Səbail rayonunda, Rəşid Behbudov və Zərifə Əliyeva küçələrinin kəsişməsində baş verib.
Zərifə Əliyeva küçəsi ilə Azneft meydanı istiqamətində hərəkət edən "Howo" markalı yük maşını Zərifə Əliyeva küçəsi ilə kəsişmədə işıqforun qırmızı işığında dayanıb. Arxadan gələn "KamAZ" markalı yük maşını isə ara məsafəsini gözləmədiyindən və işıqfora yaxınlaşanda sürəti azaltmadığından qarşıdakı yük maşınına çırpılıb. Zərbənin gücündən "KamAZ"ın kabinə hissəsi deformasiyaya uğrayıb, sürücü isə sıxışmış vəziyyətdə qalıb. Onu Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri xilas ediblər.
Xəsarət alan sürücü şok vəziyyətində olduğundan şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayıb. O, təcili tibbi yardım briqadasına təhvil verilib. Digər yük maşınının sürücüsü Rauf Nağıyev isə qəzadan xəsarətsiz qurtarıb.
APA Tv-nin xəbərinə görə, qəza nəticəsində Zərifə Əliyeva küçəsində tıxac yaranıb.