İŞİD Mosulda homoseksualı binadan atdı - EDAM
İŞİD terror təşkilatı qorxunc edamları davam etdirir. APA TV-nin xəbərinə görə, növbəti edam uzun zamandır İŞİD-in nəzarətində olan İraqın Mosul şəhərində həyata keçirilib. Homoseksual olduğu qeyd olunan şəxs çoxmərtəbəli binanın damından atılaraq öldürülüb. Sosial mediada yayılan videodan görünür ki, edam içində çoxlu sayda uşaq olan insan kütləsinin gözü qarşısında icra olunur. Mikrofonla xalqa müraciət edən terrorçu homoseksuallığın yasaq olduğunu və belə şəxslərin cəzalandırılacağını bildirir. Bundan sonra edam həyata keçirilir.
Qeyd edək ki, İŞİD bundan əvvəl də bir neçə homoseksualı edam edib.