Hakan Şükürün atası həbs olundu - FETÖ TƏHQİQATI

Sabiq AKP millət vəkili, futbolçu Hakan Şükürün atası saxlanıb. FETÖ terror təşkilatına üzv olmaqda günahlandırılan Sermet Şükürü polislər cümə namazına getdiyi məscidin çıxışında yaxalayıblar.

 

Sakarya Cümhuriyyət Baş Prokurorluğu FETÖ/PDY dindirilməsi çərçivəsində ABŞ-da olan Hakan Şükür və atası Selmet Şükür haqqında həbs qərarı çıxarıb. Selmet Şükürün Adabazarı Sakarya Küçəsində yerləşən Salko Məscidində cümə namazında olduğu barədə polisə xəbər verilib. Əməliyyatçılar namazın bitməsini gözləyib, ata Şükür məscidin çıxışında yaxalanıb və dindirilmək üçün polis idarəsinə aparılıb.

 

Qeyd edək ki, prokurorluq FETÖ-yə maliyyə yardımı etdiyi bildirilən Hakan və Sermet Şükürlərin bütün əmlaklarına həbs qoyulub. Onların ümumilikdə 200 milyon Türkiyə lirəsi civarında əmlakının olduğu deyilir. 

Müəllif | Apa.Tv
Apa.tv