Odlar Yurdu Universitetindən 500 min manat oğurlayan şəxs: "Seyfi kəsib, pulları bərabər böldük"

Odlar Yurdu Universitetindən oğurluq etmiş şəxslərin istintaq işi yekunlaşıb. APA TV-nin məlumatına görə, növbəti həftə toplanmış  istintaq materialları  baxılması üçün  Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək. Qeyd edək ki, hadisə bu il yanvarın 9 -da baş verib. Bir neçə maskalı şəxs axşam saatlarında universitetin binasına daxil olaraq prorektor  Munir Vəliyevin otağından seyfi oğurlayaraq  aradan çıxıblar. Seyfin içərisində olan 83 min 375 manat və 219900 dollar dəstə üzvləri arasında bərabər şəkildə bölünüb. Dəstəyə rəhbərliyi Sübhan Ələkbərov edib: "Seyfi çıxartdıq apardıq Hökməliyə. Kəsdik, pulları çıxardıq, sonra böldük".

Dəstənin pusquda duran üzvləri isə əlavə pul alıblar. Pərviz Quliyev ona 50 min dolların çatdığını təsdiqləyib: "Mənə 50 min çatıb, başqa heç nə".

İstintaqla müəyyən olub ki , oğurlanan puldan hələlik Sübhan Ələkbərov onun payına düşən pulları qaytarıb.  Digər saxlanılanlar Həsrət Məmmədov, Pərviz  Quliyev isə oğurlanan pulları xərclədiklərini bildiriblər. Qeyd edək ki, oğurluq faktı planlı şəkildə həyata keçirilib.  Əvvəl universitetin girişində olan kameralar çıxarılıb. Daha sonra dəstə üzvləri maskalanaraq  əllərində dəmir dəyənəklərlə içəriyə daxil olaraq seyfi götürüblər.

 

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv