İddia: Zəkəriyyə Öz və Adil Öksüz Gürcüstanda həbs olunub
15 iyul silahlı çevriliş planının "1 nömrəli mülki rəhbəri" hesab olunan Adil Öksüz və "Ergenekon", "Balyoz" adı altında saxta cinayət işlərinin prokuroru, axtarışda olan Zəkəriyyə Öz Batumda həbs olunub. APA TV-nin məlumatına görə, bu barədə mediaya CHP-dən sabiq millət vəkili Əli Özgündüz məlumat verib.
Onun sözlərinə görə, Adil Öksüz və Zəkəriyyə Öz Batumda bir kafedə yemək yeyən zaman ABŞ-a necə gedə biləcəklərini müzakirə edirmiş. Bu zaman onların söhbətini eşidən bir Türkiyə vətəndaşı Zəkəriyyə Özü tanıyıb və dərhal Türkiyənin Batumdakı baş konsulluğuna məlumat verib. Konsulluq polisə müraciət edərək hər iki şəxsin saxlanmasını istəyib. Gürcüstan polisi hər iki şəxsi dünən axşam saatlarında həbs ediblər.
Xarici işlər Nazirliyi faktla bağlı Ədliyyə Nazirliyini məlumatlandırıb. Ədliyyə Nazirliyi Öz və Öksüzün Türkiyəyə ekstradasiya edilməsi üçün sənədləri hazırlayaraq ən qısa müddətdə Gürcüstan hökumətinə göndərəcək.