Taekvondoçularımız Olimpiadaya yola düşdülər

Azərbaycanı “Rio-2016” Olimpiya Oyunlarında təmsil edəcək takevondoçular Braziliyaya yola düşüblər. APA TV-nin məlumatına görə, ölkəmizi olimpiadada dörd taekvondoçu təmsil edəcək. Onlardan mübarizəyə birinci qoşulacaq Patimat Abakarova (-49 kq) daha əvvəl Braziliyaya yollanıb. Gecə saatlarında isə digər 3 taekvondoçumuzun- Fəridə Əzizova (-67 kq), Milad Beigi Hərçəqani (-80 kq) və Radik İsaevin (80+ kq) yola salınması mərasimi keçirilib.

 

Taekvondoçuları Azərbaycan Taekvondo Federasiyasının nümayəndələri və idman həvəskarları yola salıblar.

 

Federasiyanın milli komandalara nəzarət üzrə vitse-prezidenti Niyaməddin Paşayev jurnalistlərə bildirib ki, “Rio-2016” Olimpiya Oyunlarında iştirak edəcək idmançıların hamısı təcrübəlidir və onlardan uğurlu nəticə gözlənilir:

 

“Bakı 2015 I Avropa Oyunları”nın gümüş mükafatçısı Fəridə Əzizova və qızıl medalçısı Milad Beigi Hərçəqani özlərinə güvəndiklərini deyiblər:

 

Qeyd edək ki, “Rio-2016” Olimpiya Oyunlarında taekvondo yarışlarına avqustun 17-də start veriləcək.

 

Müəllif | Apa.Tv