Azərbaycanda yeni çay növü
Respublika Bağçılıq və Subtropik Bitkilər Elmi-Tədqiqat İnstitutunun Lənkəran Çay və Sitrus Bitkiləri Filialının mütəxəssisləri yeni bir uğura imza atıblar. Onların çay kolları və feyxoa meyvəsi üzərində apardıqları uzunmüddətli elmi – tədqiqat işləri nəticəsində yeni sortlar əldə edilib. Filialın direktoru Fərman Abdullayevin APA TV-nin cənub bürosuna verdiyi məlumata görə, həmin sortların gələcəkdə fermer təsərrüfatlarına təqdim edilməsindən ötrü çilik vasitəsilə artırırlması mümkündür.
Bu çay sortlarının müsbət cəhəti ondan ibarətdir ki, ancaq yerli populyasiyadan alınan forma və sortlardır. Bu da bölgənin iqlim şəraitinə uyğun sortlardır. Bu sortlar da yüksək məhsildarlığına və keyfiyyət göstəricilərinə malikdir.
Yeni feyxoa sortları da iqlim şəraitinə tam uyğundur. Məlum olduğu kimi, feyxoanin yetişməsi 1 ay və ya ay yarım vaxt aparır. Artıq seleksiya yolu ilə feyxoanın 4 forması 76, 77, 78 və 79 adlı növləri hazırdır. Yeni feyxoa kolarını açıq şəkilli, piramida, yığcam şəkilli görmək mümkündür.
Fərman Abdullayev, filialın direktoru:
- Gördüyünüz kimi, burda bizim dörd sortumuz var. Bu sortlar həm keyfiyyətcə, həm məhsuldarlıq baxımından başqalarından yüksəkdir.
Yeni sortlar orta yetişkənliyə malikdir. Bu sortlar arasında eləsi var ki, 1 kol 1 mövsümdə 120-150 kq tam məhsul verə bilir. Bunların arasında gec və tez yetişən sortlar da mövcuddur. Kolleksiyada 30-a yaxın forma var. Feyxoanın da artımı əsasən, çiliklə aparılır.