Albert Səlimov məğlub oldu, Kamran Şahsuvarlı 1/4 finalda

Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir. APA TV-nin məlumatına görə, Azərbaycan yığmasının iki üzvü növbəti döyüşlərini keçirib.

 

Rinqə ilk olaraq Albert Səlimov çıxıb. 60 kq çəkidə mübarizə aparan təmsilçimiz 1/4 finalda gücünü sınayıb. İlk görüşündə irlandiyalı Devid Coysu məğlub edən təcrübəli boksçumuz bu dəfə fransalı Sofian Oumiha ilə döyüşdə məğlub olub. 0:3 hesabı ilə yenilən təmsilçimiz çıxışını başa vurub.

 

Bu mübarizə başa çatan kimi isə digər dəri əlcək ustamız, Kamran Şahsuvarlı yumruqlarının gücünü yoxlayıb. 75 kq çəki dərəcəsində döyüşən Kamran 1/16 finalda çinli Zao Minqqanqa qalib gəlmişdi. İdmançımızın budəfəki rəqibi isə Artyom Çebotaryov (Rusiya) olub. Rəqibinə qalib gələn Şahsuvarlı 1/4 finala yüksəlib.

 

Müəllif | Apa.Tv