Əli Türkşen: "Türkiyə gücünü qaytarmaq üçün geri dönməlidir"

"Qoy əvvəlcə vertolyotdan atılan raketin parça-parça etdiyi, iki yerə böldüyü insanların görüntülərini yaysınlar. Bu vəhşiliyi necə qəbul etmək olar? Neçə insanı parça-parça etdiniz, bundan sonra cəmiyyət olaraq necə xoşbəxt yaşaya bilərik?" Bu fikirləri Kardaq qəhrəmanı, "Ergenekon" davasından həbsə atılmış mayor Əli Türkşen deyib.

 

O, Türkiyənin əvvəlki gücünü bərpa etmək üçün geri dönməli olduğunu deyib: "İndiki məqamda bizim geriyə dönməyimiz lazımdır. Bəs Atatürk və İsmət İnönüyə iki əyyaş deyirdiniz. Nə oldu? İndi oraya döndük. "Hakimiyyət millətindir" deyə hər yerə yazı asırsınız. Biz zatən bunu deyirdik. Deyirdik ki, hakimiyyət qeydsiz, şərtsiz millətindir. Amma indi anladınız, hər yerə hakimiyyət millətindir yazırsınız. Demək ki, məsələ din də deyilmiş, baş örtüsü də deyilmiş. Biz dinsiz olduğumuza görə bu işlər başımıza gəldi? Millətə qarşı bu terror dindarmı idi? İndi siz baş örtülü rektorlarınızı polislə gedib həbs edirsiniz. Bu işdə, bu kadrların yerləşməsində kimi əli varsa, onların hamısı ortaya çıxarılmalı, layiqli cəzanı almalıdır. Mənim hansı partiyanı seçməyim heç önəmli deyil. Mənim qəlbim vətən, vətən deyə atır. Mən bu ölkədə xoşbəxt, məsud ailəmlə birgə yaşamaq istəyirəm. Ayrı-seçkilik salmaq olmaz, Türkiyədə ləyaqət sistemini geri gətirmək lazımdır. Zoopark direktorundan TÜBİTAK müdiri düzəltmək olmaz. Elmi, ləyaqəti əsas götürməsək, bu işlər təkrar-təkrar başımıza gələcək".

 

Əli Türkşən bildirib ki, təhsil sistemi məhv edilməsə, ölkənin problemlərinin həll olunması mümkündür. 

Müəllif | Apa.Tv
Apa.tv