Mərmini laqunda ilə doğramaq istədi, həyatından oldu - SUMQAYITDA PARTLAYIŞ

Sumqayıt şəhərində ölümlə nəticələnən partlayış baş verib. APA TV-nin Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dünən günorta saatlarında şəhərin Tağıyev qəsəbəsində yaşayan Ruslan Vəliyev həyətində qəsəbə ərazisindən  tapdığı TAB-7 markalı mərmini laqunda ilə kəsmək istəyib. Bu zaman partlayış baş verib, Ruslan Vəliyev partlayış nəticəsində ağır xəsarət alıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, partlayış zamanı həyətdə olan “Tavriya” markalı maşın yanıb. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv