İstirahət gününün havası: 38 dərəcə isti

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq. Sinoptiklərin məlumatına görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturunun gecə 24-27, gündüz  34-39, Bakıda gecə 25-27, gündüz  36-38 dərəcə isti olacağı gözlənilir.

 

Nisbi rütubət gecə 70-80 faiz, gündüz 25-30 faiz təşkil edəcək.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda  27-28 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda  29-30 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Şərq küləyi axşam qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

 

Havanın temperaturu gecə 21-26, gündüz  35-40, bəzi yerlərdə 42,  dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir. 

 

Müəllif | Apa.Tv
Apa.tv