Bülənd Arınc: "Gülənlə Pensilvaniyada iki dəfə görüşmüşəm"

Türkiyə baş nazirinin sabiq birinci müavini Bülənd Arınc Fəthullahçı Terror Təşkilatı ilə əlaqələrini inkar edib. O, Fəthullah Gülənlə görüşlərinə aydınlıq gətirib.

 

"Mən 1976-cı ildə Manisada vəkillik edəndə Fəthullah Gülən bir vaiz olaraq Manisaya gəldi. İl yarım qaldı. Bizdən İzmirə getdi. O zaman məşhur bir vaiz, ağzından bal damır. Səhabələrin həyatını anladır, hər kəsi göz yaşı içində buraxır. Mən də duyğusal bir insanam. Xoşuma gəlmədiyini söyləyə bilmərəm. Minlərlə insan kimi vəzlərini dinləyirdim".

 

Arınc Fəthullah Gülənlə hər hansı əlaqəsi olduğunu inkar edib: "Təmasımız bu ölçüdə qaldı. Bir dəfə rəhmətlik anam yemək hazırlamışdı. Cümə günü namazdan sonra əfəndim buyurun bizə gedək, bir yerdə yeyək dedim. Anam da ona dualar etdi, o da anama dualar etdi. Bizim 76-cı ildə bir il yarım biri-birimizi gördüyümüz budur. Türkiyədən çıxana kimi bir yerdə olmadıq. Birlikdə fotomuz belə yoxdur".

 

Arıncın sözlərinə görə, Fəthullah Gülən ABŞ-a köçdükdən sonra iki dəfə onunla görüşmək üçün Pensilvaniyaya gedib: "Çıxdıqdan sonra sadəcə iki dəfə ziyarət etdim. İkisini də hamı bilir. Cənab prezidentimizin bu görüşümdən xəbəri vardı. Ondan Güləni ziyarət etmək istəyirəm, necə fikirləşirsiniz deyə soruşdum, o da de ki, yaxşı fikirdir. İlk dəfə 2011 seçkilərindən bir az sonra getmişdim, o zaman Rəcəb Tayyip Ərdoğan prezident deyil, baş nazir idi. İkinci dəfə isə prezidentlə ABŞ-a səfərim zamanı Pensilvaniyaya getmişəm. Zatən özü jurnalistlərə söyləmişdi ki, Bülənd bəy mənim adımdan ora gedib".

 

Bülənd Arınc FETÖ ilə əlaqələrinə dair ittihamları qəbul etmir: "Birincisi, bu məsələ artıq bitməli, mən də utandırıcı vəziyyətdən artıq çıxmalıyam. Nə olduğundan xəbərim yoxdur, amma iş bitmir. Ya işi bağlayın, ya da məhkəməyə verin. İkincisi, 17-25 dekabr hadisələrindən sonra telekanalların birində "bunlar məndən də istifadə etmiş ola bilərlər" dedim. Yəni  mənim adımdan istifadə edib bir yerə əməliyyat keçirə bilərlər deyə fikir söyləmişdim. 15 iyuldan sonra bunu da edə biləcəklərini görmüş oldum. Mənim adımdan istifadə etməklə, məni qarışdırmadan girilməməsi lazım olan yerlərə girilmiş, alınmaması lazım olan məlumatlar alınmış ola bilər. Bu məsələni prokurorlar, hakimlər araşdırma zamanı ortaya çıxarmalıdır" 

Müəllif | Apa.Tv
Apa.tv