Xəbərdarlıq edildi: Temperatur 3-5 dərəcə aşağı düşəcək, yağış yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraİtinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. Nazirlikdən APA-ya verilən məlumata görə, Bakı və Abşeron yarımadasında avqustun 15-də gün ərzində, 16-da gecə və səhər şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında avqustun 14-də axşam, 15-də gün ərzində qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Dağlıq və dağətəyi rayonlarda lokal xarakterli yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.