Avropa Şurasının baş katibi: "Türkiyədə çevriliş cəhdi niyə qınanmır?"

Avropa Şurasının baş katibi Tyorborn Yaqland Avropa Birliyi ölkələrinin liderlərini Türkiyəyə kifayət qədər dəstək vermədiklərinə görə tənqid edib. APA TV-nin xəbərinə görə, 15 iyul silahlı  çevrilişə cəhddən sonra Avropa Birliyindən Türkiyəni ziyarət edən ilk rəsmi şəxs olan Yaqland bu məsələdən narahatlığını Norveçin "NRK" televiziyası ilə bölüşüb.

 

"Charlie Hebdo" və Avropadakı digər hücumlardan sonra bunun hamımıza qarşı təşkil olunmuş bir hücum olduğunu söylədik. Ancaq Türkiyədə 250 insanın ölməsinə rəğmən türklər heç kimin yanlarında olmadığını düşünür. Ölkədəki müxalifət Türkiyəyə göstərilən yetərsiz dəstəyin Avropanı Türkiyədəki hadisələrə sadəcə seyrçi mövqeyinə gətirməsindən narahatdır".

 

Yaqland bildirib ki, 15 iyuldan sonra Türkiyə səfərində ölkədəki insan haqları məsələsində narahatlığımı açıq şəkildə ifadə edib: ""Ancaq siz çevriliş cəhdini qınamırsınızsa, bu, inandırıcı ola bilməz. Avropanın Türkiyədəki hadisələr üzərində təsirinin azalmasından qorxuram. Hazırda görüləsi ən önəmli iş Türkiyə ilə həm hökumət, həm müxalifət, həm də fəal olan insan haqları təşkilatları ilə açıq danışıqlar aparmaq lazımdır", deyə o bildirib.

Müəllif | Apa.Tv
Apa.tv