Göyçayda “eManat” nağd ödəniş terminalından pul oğurlanıb

Göyçay rayonunda oğurluq hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə Göyçay şəhərində qeydə alınıb. Naməlum şəxslər sahibkar Cavid Qəhrəmanova məxsus “Üç qardaş” ərzaq mağazasının qapısını sındıraraq içəri daxil olub, oradan 500 manat pul, 350 manatlıq ərzaq malları oğurlayıblar. Oğrular mağazadakı “eManat” nağd ödəniş terminalını sökərək onun içərisində olan 450 manat pulu da götürüblər. Məlumata görə, mağazanın təhlükəsizliyə nəzarət kamerası dünən naməlum səbəbdən xarab olub və gecə saatlarında naməlum şəxslər həmin obyektdə soyğunçuluq ediblər. Hadisəni törədən şəxslərin tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.  

Müəllif | Apa.Tv
Apa.tv