“Audi Q-7” ekskavatorla toqquşdu: 3 YARALI

Göyçay rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin xəbərinə görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 215-ci kilometrliyində, Göyçay şəhəri ərazisində qeydə alınıb. Rayonun Çaxırlı kənd sakini 27 yaşlı Nurlan İsgəndərov idarə etdiyi  “Audi Q-7” markalı minik maşını qarşı tərəfdən gələn, Göyçayın Kürd kənd sakini Rövşən Süleymanova məxsus “Ekskovator”la toqquşub. Hadisə nəticəsində “Audi Q-7”nin sürücüsü Nurlan İsgəndərov və sərnişinləri - Camal Səlimov, Tahirə Səlimova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov