Ermənilər yenə mövqelərimizi atəşə tutub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 19 dəfə pozub.

 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə,  Ağdam rayonunun Baş Qərvənd, Füzuli  rayonunun Aşağı Seyidəhmədli, Cəbrayıl  rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocəvənd  və Cəbrayıl  rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

 

Müəllif | Apa.Tv
Apa.tv