Azərbaycanda toy karvanında qəza: 1 ölü, 4 yaralı

Tərtər rayon ərazisində toy  karvanında  baş verən yol qəzası toyu yasa çevirib. Hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. APA TV-nın Qarabağ bürosunun xəbərinə gərə, hadisə Tərtərin "Dördyol" adlanan ərazisində baş verib. Toy kortejində Rüstəmov Taleh Valeh oğlunun idarə etdiyi "99 BK 744" dövlət nömrə nişanlı “Mercedes” markalı maşın qarşıdan gələn Mingəçevir şəhər sakini Səfiyev Xəyyam Ələsgər oğlunun Ekologiya Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə məxsus, "90 AN 513 nömrə nişanlı  "Niva" markalı avtomobillə toqquşub. Toqquşma nəticəsində “Mercedes” yol kənarında ki yüksək gərginlikli beton dirəyə çırpılıb. Zərbənin gücündən beton dirək aşıb. Qəza nəticəsində yaralananlar Ağdam və Bərdə Mərkəzi rayon xəstəxanalarına çatdırılıb. Ağdam xəstəxanasına gətirilən Ağdam rayon sakini  1977-ci il təvəllüdlü Həsənova Gülşən Kərəm qızının həyatını xilas etmək mümkün olmayıb. Bərdə mərkəzi rayon xəstəxanasına yerləşdirilən yaralılar - Ağdam rayon sakinləri  Rüstəmova Nərgiz Valeh qızı, Əsgərova Ziba Əsgər qızı,  “Mercedes”in sürücüsü Rüstəmov Taleh  Valeh oğlu və "Niva" markalı maşını idarə edən Mingəçevir şəhər sakini Səfiyev Xəyyam Ələsgər oğlu həkim nəzarəti altındadır.

 

Faktla bağlı Tərtər rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv