"İşsizəm" bəhanəsi ilə qəbiristanlıqdan oğruluq edənlər...

Şəkidə qəbiristanlıqdan oğurluq edən şəxslər tutulub. Şəki şəhər Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, rayonun Çayqaraqoyunlu kənd sakinlərinin polisə etdikləri şikayət əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində kəndin “Pəri” qəbiristanlığından qəbir daşlarının kənarlarına çəkilmiş dəmir barmaqlıqları oğurlayanların Mingəçevir şəhər sakinləri – 1967-ci il təvəllüdlü Davud Ələmşah oğlu Quliyev və 1988-ci il təvəllüdlü Faiq Elbrus oğlu Qasımovun olmaları müəyyən edilib.

 

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin şəxslər Mingəçevir şəhəri ərazisində tutularaq istintaqa təhvil veriliblər.

 

Saxlanılan şəxslər istintaqa verdiyi ilkin ifadəsində Şəkiyə iş axtarmaq üçün gəldiklərini bildiriblər. Araşdırmalar zamanı müəyyən edilib ki, onlar sözügedən qəbiristanlıqdan 20-ə yaxın qəbir daşlarının kənarına quraşdırılmış dəmir barmaqlıqları oğurlayıblar.

 

 Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv