Azərbaycanda avro və lirə bahalaşdı, rubl və lari ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların yeni məzənnəsini açıqlayıb. APA TV-nin məlumatına görə, ABŞ dollarının kursu ötən həftə ilə müqayisədə dəyişməyib. Bu gün açıqlanan rəsmi kursa əsasən 1 dolların dəyəri 1,6102 manatdır. Avro isə həftəyə bahalaşmaqla başlayıb. Mərkəzi Bank bir avronun kursunu 1,7967 manat olaraq açıqlayıb. Türkiyə lirəsi də manat qarşısında bahalaşmaqda davam edir. Hazırda 100 türk lirəsi 54 manat 39 qəpikdir. Rusiya rublu və Gürcüstan larisi isə manata nisbətdə ucuzlaşıb. Rəsmi məzənnəyə əsasən, 1000 Rusiya rublu 24 manat 90 qəpik, 100 gürcü larisi isə 68 manat 51 qəpikdir.

 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı valyuta məzənnələrini həftə işi hər gün yeniləyir. 

Müəllif | Apa.Tv
Apa.tv