Neft həftəyə bahalaşmaqla başlayır

Dünya bazarında neftin qiyməti yenə bahalaşıb. APA TV-nin məlumatına görə, həftənin ilk seanslarında "Brent" markalı neftin bir bareli 47,38 dollardan satılıb. Bu, həftəsonu qeydə alınan son qiymətdən 19 sent bahadır. Qərbi Texas nefti də aylıq maksimumu yeniləyib. Oktyabr ayı üçün bağlanan müqavilələrdə WTİ neftinin bir barelinin qiyməti 44,95 dollardan müəyyənləşib.

 

Ekspertlər bəzi ölkələrdə neft hasilatının aşağı düşməsini, OPEK-in gələn ay keçiriləcək növbədənkənar toplantısında kartel üzvlərinin hasilatı dondurmaq niyyətini qiymətlərin bahalaşmasına təsir göstərən əsas amillər hesab edir. Neftin qiymətinə dair bu həftənin proqnozlarına gəldikdə, həlledici faktor yenə də ABŞ-ın neft və benzin ehtiyatlarına dair hesabatlar olacaq. İlk hesabatın sabah axşam saatlarında açıqlanacağı gözlənilir. 

Müəllif | Apa.Tv
Apa.tv