İrandan gələn yük maşınında külli miqdarda narkotik tapıldı
Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin respublikamıza keçirilməsinin qarşısını alıblar. APA TV-nin Cənub bürosunun xəbərinə görə, daxil olan əməliyyat məlumatına əsasən? gömrükçülər tərəfindən İrandan gələn Tacikistan vətəndaşı, 1985-ci il təvəllüdlü Mohemmedemin Sabiroviç İsmoilovun idarə etdiyi “DAF” markalı, "GP 6925" dövlət nömrə nişanlı ağırtonnajlı yük maşınını saxlanılıb. Rentgen aparatı vasitəsilə maşına baxış keçirilib və bu zaman əvvəlcədən hazırlanmış xüsusi gizli saxlanc yerlərində narkotik vasitəyə bənzər maddələrin təsviri müşahidə edilib.
Bundan sonra gömrükçülərlə sərhəd nəzarət məntəqəsinin əməkdaşları birlikdə avtomaşında yoxlama aparıb və nəqliyyat vasitəsindən xeyli miqdarda narkotik vasitə olan heroin aşkar ediblər.
Nəqliyyat vasitəsini idarə edən sürücü ilkin ifadəsi zamanı Azərbaycandan tranzit keçməklə Gürcüstana getmək istədiyini bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.