Paytaxtda küləkli hava şəraiti sabah da davam edəcək
Gün ərzində paytaxtda arabir güclənən şimal-qərb küləyinin üstünlüyü müşahidə olunacaq. Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında avqustun 16-da gecə və səhər saatlarında da arabir güclənən şimal-qərb küləyi əsəcək.
Bu gün Azərbaycanın rayonlarında avqustun 15-də qərb küləyi arabir güclənəcək.
Qeyd edək ki, ETSN hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.