İstanbulda 173 ədliyyə məmuru həbs olundu - FETÖ TƏHQİQATI

Türkiyədə Fəthullahçı Terror Təşkilatı ilə bağlı araşdırma çərçivəsində həbslər davam edir. APA TV-nin məlumatına görə, səhər İstanbul Ədalət Sarayına gələn polis əməkdaşları həbs qətimkan tədbiri seçilmiş ədliyyə işçilərini saxlayıblar. Binanın giriş və çıxış qapıları nəzarətə götürülüb, saxlanılan ədliyyə məmurlarının otaqlarında axtarış aparılıb, çoxlu sənəd götürülüb. Saxlanan şəxslər istintaqa ifadə vermək üçün polis idarəsinə aparılıb.

İlki açıqlamaya görə, həbslər eyni zamanda Çağlayan, Qaziosmanpaşa və Bayrampaşa Ədliyyə saraylarında aparılıb. Ümumilikdə əməliyyat zamanı 173 nəfərin saxlanıldığı bildirilir.

 

 

Müəllif | Apa.Tv
Apa.tv