Maşın dərəyə aşdı, ölən və yaralananlar var - DƏHŞƏTLİ QƏZA

Cəlilabadda ölümlə nəticələnən dəhşətli yol-nəqliyyat qəzası baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə gecə saatlarında Cəlilabad-Yardımlı şose yolunun rayonun Təklə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Cəlilabadın Kövüzbulaq kənd sakini  Əlifağa Mirzəyevin idarə etdiyi “VAZ-21011” markalı minik avtomobili yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü də daxil olmaqla daha üç sərnişin -  Zaur Ağayev, Xumar və Qətibə Ağayevalar  müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Cəlilabad mərkəzi rayon xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq Qətibə Ağayevanın həyatını xilas etmək mümkün olmayıb. Digər xəsarət alanların vəziyyəti isə ağır qiymətləndirilir.

 

İlkin versiyaya görə qəzaya avtomobilin yüksək sürətlə idarə olunması səbəb olub.

 

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv