BQXK Azərbaycana keçən Ermənistan vətəndaşı haqqında məlumatlandırılıb

“Azərbaycan hakimiyyət nümayəndələri Beynəlxalq Qızıl Xaç Komitəsini (BQXK) beynəlxalq sərhədi keçərək Azərbaycan ərazisinə daxil olan Ermənistan vətəndaşı haqda məlumatlandırıblar”.

 

Bu barədə APA-ya açıqlamasında BQXK Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

 

O qeyd edib ki, BQXK öz mandatına uyğun məsələni diqqətdə saxlayacaq.

 

Qeyd edək ki, erməni əsilli 1954-cü il təvəllüdlü Agetsyan Henrik Sayerbekoviç avqustun 7-də Sədərək istiqamətindən Naxçıvan Muxtar Respublikasına keçərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv