AKP-li sabiq millət vəkili həbs olundu
Türkiyədə Fəthullahçı Terror Təşkilatı ilə əlaqədə şübhəli bilinən keçmiş AKP millət vəkili həbs olunub. APA TV-nin məlumatına görə, professor Aydın Bıyıklıoğlu ilə yanaşı Qaradəniz Texniki Universitetindən 16 müəllim haqqında da həbs qətimkan tədbiri seçilib. Sabiq millət vəkili və 23 həmkarı FETÖ/PDY əməliyyatları çərçivəsində Trabzon Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən avqustun 4-də saxlanılıb. Onlardan 17-si haqqında bu gün həbs qərarı verilib.
Aydın Bıyıklıoğlu 2011-2015-ci illərdə AKP-nin Trabzon millət vəkili olaraq fəaliyyət göstərib.