Diyarbəkirdə dəhşətli partlayış: çoxlu sayda ölən və yaralanan var

PKK terrorçuları Türkiyənin Diyarbəkir vilayətində növbəti partlayış törədiblər. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, terrorçular Çinar ilə Bismil qəsəbələri arasında yerləşən Diyarbəkir Region Nəqliyyata Nəzarət Stansiyası Komandanlığı qarşısında bomba yüklü avtomobili partladıblar. Terror aktı nəticəsində 11 polis və çoxlu sayda mülki vətəndaş yaralanıb. Bir nəfərin öldüyü bildirilir. Yaralıların daşınması üçün əraziyə çoxlu sayda təcili yardım cəlb edilib.

 

Ərazidə 5 metr dərinliyində, 10 metr genişliyində dərin çuxur yaranıb. Üç mərtəbəli bina xarabaya çevrilib.

 

Partlayışdan sonra terrorçularla təhlükəsizlik qüvvələri arasında atışma baş verib. Qaçan terrorçuların tutulması üçün geniş miqyaslı əməliyyat keçirilir.

Müəllif | Apa.Tv
Apa.tv